Ermənilər PFL-in saytını dağıtdılar və xəbərdarlıq etdilər – FOTO
Bizi izləyin

İdman

Ermənilər PFL-in saytını dağıtdılar və xəbərdarlıq etdilər – FOTO

Ermənilər PFL-in saytını dağıtdılar və xəbərdarlıq etdilər – FOTO

Ermənilər ötən gecə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına xaker hücumu təşkil ediblər.

Publika.az xəbər verir ki, saytı tamamilə sıradan çıxardan ermənilər ora “Armenian Army” (erməni ordusu) başlıqlı foto-yazı yerləşdiriblər.

Yazı ingilis dilində olub. Eyni zamanda, sayta bir-neçə gün bundan qabaq Kəlbəcərdə əsir götürülən həmyerlilərimizin foto və videosu da qoyulub.

Mətndə Azərbaycan ordusunun və ümumilikdə Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədilib və sonda da “Ermənistana hücum etməmişdən əvvəl 10 dəfə fikirləşin” cümləsi yazılıb.

Hazırda sayt fəaliyyətini bərpa edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm