“Hafka”nın iflası onları da “vurdu”
Bizi izləyin

İdman

“Hafka”nın iflası onları da “vurdu”

“Hafka”nın iflası onları da “vurdu”

Hafiz Məmmədovun biznesinin iflasa uğradığı, prezidenti olduğu “Bakı” futbol klubunda maliyyə problemlərinin yaranması barədə məlumat vermişik.

Publika.az-ın əldə etdiyi yeni məlumata görə, Hafiz Məmmədovun maliyyə imperiyasının çöküşü təkcə futbola yox, “Bakı” klubunun nəzdində fəaliyyət göstərən digər idman növlərinə də sirayət edib.

Belə ki, klubda digər idman növləri ilə məşğul olan idmançılara özlərinə yeni məkan tapmaları tövsiyə olunub.

Qeyd edək ki, “Bakı” idman klubunun nəzdində futboldan əlavə voleybol, tennis, cüdo, basketbol, sambo, güləş, kikboksinq, gimnastika, qolf, şahmat və boks idman növləri fəaliyyət göstərirdi.

Məlumat üçün bildirək ki, “Bakı” İdman klubunun rəsmi saytı (ikbaku.com) da fəaliyyətini dayandırıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm