Xanımlarımız İtaliyada medalı necə təmin etdi?
Bizi izləyin

İdman

Xanımlarımız İtaliyada medalı necə təmin etdi?

Xanımlarımız İtaliyada medalı necə təmin etdi?

İtaliyanın Assisi şəhərində keçirilən yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyində yarımfinalçılar məlum olub.

Publika.az xəbər verir ki, milli komandamızın iki üzvü – Məryəm Cəbrayılova və Alina Hacıyeva (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər.

Cəbrayılova yarımfinalda İtaliya təmsilçisi Florida Monika ilə üz-üzə gələcək.

Alina Hacıyeva isə finala gedən yolda Ukrayna idmançısı Anastasiya Stankeviçlə qarşılaşacaq.

Yarımfinal görüşləri iyulun 26-da, final qarşılaşmaları isə bir gün sonra keçiriləcək.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm