• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Neftçi”nin rəqibi “Çixura” oldu – NƏTİCƏLƏR

  • İdman
  • 25 İyul 2014 09:50
  • 971 Baxış
“Neftçi”nin rəqibi “Çixura” oldu – NƏTİCƏLƏR

Avropa Liqasının II təsnifat mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, bu gecə qitə arenalarında 39 oyun baş tutub.

Azərbaycan təmsilçilərindən biri evdə, biri səfərdə meydana çıxıb. "İnter" səfərdə 1:0 hesabı ilə yendiyi İsveçin "Elfsborq" klubuna penalti seriyasında uduzub. Belə ki, matçın əsas və əlavə vaxtı 0:1 hesabı ilə yekunlaşıb. Penaltilərdə isə isveçlilər 4:3 hesablı qələbə qazanıb. "Neftçi" evdə 1:2 hesabı ilə uduzduğu "Koper"i səfərdə məğlub edərək mərhələ adlayıb - 2:0.

Türkiyənin "Bursaspor" klubu mübarizəni dayandırıb. Şenol Günəşin yetirmələri "Çixura"ya penalti seriyasında uduzub. Bu komanda III təsnifat mərhələsində "Neftçi"yə rəqib olacaq.

I təsnifat mərhələsində "Qəbələ"ni mübarizədən kənarlaşdıran "Şiroki Briyeq" mübarizəni dayandırıb. Bosniya və Herseqovina klubu evdə 1:2 hesabı ilə yenildiyi Çexiya "Mlada"sı ilə səfər matçında darmadağından qaça bilməyib - 0:4.

Avropa Liqası

II təsnifat mərhələsi

Cavab oyunları

22 iyul

Jelezniçar (Bosniya və Herseqovina) - Metallurq (Makedoniya) 2:2

Qollar: Ninoslav Dodevski, 16 (avtoqol). Riyad Bayiç, 54 - Maryan Radeski, 62. Mile Krstev, 90+2.

İlk oyun - 0:0.

24 iyul

Şaxtyor (Qazaxıstan) - Atlantas (Litva) 3:0

Qollar: Mihret Topkaqiç, 46. Ulan Konysbayev, 61. Roman Murtazayev, 90+3.

İlk oyun - 0:0

Hapoel (Beer-Şeva, İsrail) - Split (Xorvatiya) 0:0

İlk oyun - 1:2

MüPA (Finlandiya) - Dinamo (Belarus) 0:0

İlk oyun - 0:3

Omoniya (Cənubi Kipr) - Buduçnost (Çernoqoriya) 0:0

İlk oyun - 2:0

Krasnodar (Rusiya) - Kalev (Estoniya) 5:0

Qollar: Joaozinyo, 28. Rikardo Laborde, 65. Vanderson, 67; 74-pen. Nikita Burmistrov, 76.

İlk oyun - 4:0

Hauqesund (Norveç) - Sarayevo (Bosniya və Herseqovina) 1:3

Qollar: Maik Sema, 47-pen - Miloş Stoyçev, 21. Şevko Okiç, 38; 82.

İlk oyun - 1:0

İnter (Azərbaycan) - Elfsborq (İsveç) 0:1 (penalti - 3:4)

Qol: Henninq Hauqer, 45+2.

İlk oyun - 1:0

Esbyerq (Danimarka) - Kayrat (Qazaxıstan) 1:0

Qol: Yakob Ankersen, 38.

İlk oyun - 1:1

Zimbru (Moldova) - ÇSKA (Bolqarıstan) 0:0

İlk oyun - 1:1

Şaxtyor (Belarus) - Derrri Siti (İrlandiya) 5:1

Qollar: Sergey Balanoviç, 9. Aleksander Quruli, 28. Dmitri Osipenko, 68. Nikolay Yanuş, 81. İlya Qalyuza, 90+3.

İlk oyun - 1:0

Vaduts (Lixtenşteyn) - Rux (Polşa) 0:0

İlk oyun - 2:3

Çixura (Gürcüstan) - Bursaspor (Türkiyə) 0:0 (penalti - 4:1)

İlk oyun - 0:0

AİK (İsveç) - Linfild (Şimali İrlandiya) 2:0

Qollar: Kennedi İqgboananike, 55. Henok Qoytom, 72.

İlk oyun - 0:1

Slovan (Çexiya) - Koşitse (Slovakiya) 3:0

Qolar: Tomaş Dubek, 54. Dzon Delarge, 81. Yosef Sural, 90.

İlk oyun - 1:0

Tromse (Norveç) - Vikinqur (Farer adaları) 1:2

Qollar: Simen Vanqberq, 51 - Bardur Hansen, 60. Hallur Hansson, 77.

İlk oyun - 0:0

Flamurtari (Albaniya) - Petrolul (Rumıniya) 1:3

Qollar: Niyas Lena, 37 - Filipe Teyxeyra, 39. Pablo De Lukas, 84. Nyonqo Priso, 90.

İlk oyun - 0:2

Qrödiq (Avstriya) - Çukariçki (Serbiya) 1:2

Qol: Maksimilian Karner, 29 - Petar Bojiç, 61. Nikola Stoilkoviç, 65.

İlk oyun - 4:0

Lex (Polşa) - Nomme Kalyu (Estoniya) 3:0

Qollar: Tomaş Kedziora, 33. Kasper Hamalainen, 43. David Kovnaçki, 90+3.

İlk oyun - 0:1

Göteborq (İsveç) - Qyor ETO (Macarıstan) 0:1

Qol: Nemanya Andriç, 68.

İlk oyun - 3:0

Spartak (Slovakiya) - Zestafoni (Gürcüstan) 3:0

Qollar: Marek Yaneçka, 4; 43. Erik Sabo, 59-pen.

İlk oyun - 0:0

Zarya (Ukrayna) - Laçi (Albaniya) 2:1

Qollar: Nikola İqnyatiyeviç, 74. Pilip Budkivski, 87 - Valdan Nimani, 85.

İlk oyun - 3:0

Hapoel (Təl-Əviv, İsrail) - Astana (Qazaxıstan) 1:0

Qol: Saşa, 57-pen.

İlk oyun - 0:3

Qroningen (Hollandiya) - Aberdin (Şotlandiya) 1:2

Qollar: Maykel Kieftenbeld, 44 - Adam Runi, 26-pen. Niall Makqinn, 33.

İlk oyun - 0:0

Zavişa (Polşa) - Sulte-Varegem (Belçika) 1:3

Qollar: Piotr Petas, 52 - Qiynor Plet, 1. Çuks Aneke, 48. Olafur Skulason, 76.

İlk oyun - 1:2

Asteras (Yunanıstan) - Rovaniemi (Finlandiya) 4:2

Qollar: Dimitrios Kourmpelis, 12. Pablo de Blasis, 45-pen; 73. Anastasios Bakasetas, 81 - Mika Makitalo, 53. Yarkko Lahdenmaki, 62.

İlk oyun - 1:1

Voyvodina (Serbiya) - Trençin (Slovakiya) 3:0

Qollar: Mirko İvaniç, 17. Enver Alivodiç, 52. Yovan Stoyanoviç, 68.

İlk oyun - 0:4

Sliqo Rovers (İrlandiya) - Rusenborq (Norveç) 1:3

Qollar: Danni Nort, 13 - Pal Andre Helland, 16. Mike Yensen, 48; 64.

İlk oyun - 2:1

Hayduk (Xorvatiya) - Dandalk (İrlandiya) 1:2

Qollar: Jean Evrard Kuassi, 25 - Patrik Hoban, 66. Kurtis Birne, 74.

İlk oyun - 2:0

Ferentsvaroş (Macarıstan) - Riyeka (Xorvatiya) 1:2

Qollar: Roland Uqray, 65-pen - İvan Krstanoviç, 20-pen. Miral Samardziç, 37.

İlk oyun - 0:1

Şiroki Briyeq (Bosniya və Herseqovina) - Mlada Boleslav (Çexiya) 0:4

Qollar: Jiro Skalak, 19. Miçal Duris, 55; 85. Antonin Roşa, 75.

İlk oyun - 1:2

Koper (Sloveniya) - Neftçi (Azərbaycan) 0:2

Qollar: Mirhüseyn Seyidov, 21. Karlos Kardoso, 84.

İlk oyun - 2:1

Diosqyori (Macarsıtan) - Liteks (Bolqarıstan) 1:2

Qollar: Andras Qostonyi, 38-pen - Vilmar Cordan, 80; 85-pen.

İlk oyun - 2:0

Yaqodina (Serbiya) - ÇFR (Rumıniya) 0:1

Qol: Quima, 81.

İlk oyun - 0:0

Nova Qoritsa (Sloveniya) - Molde (Norveç) 1:1

Qollar: Alen Yoqan, 63 - Aqnaldo, 49.

İlk oyun - 1:4

Krusaders (Şimali İrlandiya) - Brommapoykarna (İsveç) 1:1

Qollar: Kolin Koates, 17 - Dardan Reksepi, 27.

İlk oyun - 0:4

Sent-Conston (Şotlandiya) - Lütsern (İsveçrə) 1:1 (penalti - 5:4)

Qollar: Stiv May, 22-pen - Marko Şneuvli, 60.

İlk oyun - 1:1

Sankt-Polten (Avstriya) - Botev (Bolqarıstan) 2:0

Qollar: Daniel Seqovia, 8; 55.

İlk oyun - 1:2

Hafnarfyordur (İslandiya) - Neman (Belarus) 2:0

Qollar: Atli Qudnason, 42. Atli Byornsson, 80.

İlk oyun - 1:1

Styarnan (İslandiya) - Motervell (Şotlandiya) 3:2 (əlavə vaxtda)

Qollar: Olafur Karl Finsen, 37-pen. Rolf Toft, 85. Atli Yohannsson, 114 - Stiven Hammell, 11. Lionel Ainsvort, 66.

İlk oyun - 2:2

Xəbər lenti

DAHA ÇOX XƏBƏR