Azarkeşləri söyən sumqayıtlı futbolçu cəzalandı
Bizi izləyin

İdman

Azarkeşləri söyən sumqayıtlı futbolçu cəzalandı

Azarkeşləri söyən sumqayıtlı futbolçu cəzalandı

AFFA-nın İntizam Komitəsi "Sumqayıt"ı cərimələyib.

Publika.az xəbər verir ki, buna səbəb Sumqayıt klubunun futbolçusunun azarkeşləri təhqir etməsi və hakimə təzyiq göstərməsi olub.

Belə ki, 23 dekabr 2013-cü il tarixdə U-17 Liqasının “Sumqayıt” – “İnter” matçının 45-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu İbrahim Abdullayev azarkeşləri təhqir edib.

Bununla kifayətlənməyən Abdullayev, oyun başa çatdıqdan sonra hakimə qarşı fiziki təzyiq göstərməyə cəhd edib. Bu səbəbdən gənc futbolçu 5 oyunluq cəzalandırılıb.

Bundan başqa, oyunun 62-ci dəqiqəsində “İnter”in futbolçusu Ozal Həsənovla İsgəndər Paşalı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm