• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Bankirlər”i qarışdıran adam kimdir?

  • İdman
  • 25 İyul 2014 16:30
  • 635 Baxış
“Bankirlər”i qarışdıran adam kimdir?

Avroliqanın II təsnifat mərhələsində “Elfsborq”a məğlub olan “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında istefa verdiyini bildirdi.

Gürcü məşqçi üstüörtülü də olsa, klubda qarşıdurmanın, rəhbər şəxslərlə münasibətdə problemlərin olduğuna işarə vurdu:

“Açığı, çox yorulmuşam. Həmişə çalışıram, amma sonda çətin vəziyyətdə qalıram. Bir qədər də ətrafımda işləyənlər nə iləsə məşğul olmalıdır. Daha belə işləmək istəmirəm. İndiki şəraitlə alınmır. Hamılıqla işləməliyik. Burda kimə görə qaldığımı isə hamınız bilirsiniz”.

Kaxaber Tsxadadzenin açıqlamasında çox mətləblər yatır. Gürcü mütəxəssis açıq-aydın bildirir ki, klubda bir qrup adam işləyir, bir qrup isə intriqa yaradır.

Onun “burda kimə görə qaldığımı hamınız bilirsiniz” fikrinin də aşması bəllidir. Böyük ehtimalla, Tsxadadze klubun sahibi Cahangir Hacıyevi nəzərdə tutur.

Publika.az-a “İnter”ə yaxın mənbədən daxil olan məlumata görə, məşqçi klubun sahibi ilə görüşmək niyyətindədir. Tsxadadze ona işləmək imkanı verməyən şəxsdən qurtulmaq istəyir. Baş məşqçi rəhbərliklə görüşə “ya mən, ya da o” şərti ilə gedəcək.

Mənbənin verdiyi məlumata görə, Tsxadadze “İnter”in direktoru Natiq Məmmədovu nəzərdə tutur. Əvvəllər polis orqanlarında işləmiş bu şəxsin futbola yanaşma tərzi Kaxaberi qətiyyən qane etmir.

Məmmədovun klub daxilində qruplaşma yaratdığı, xüsusən də yerli futbolçuları baş məşqçiyə qarşı qaldırdığı bildirilir. Natiq Məmmədovun transfer məsələlərində də Tsxadadzeyə mane olduğu deyilir.

Mənbənin verdiyi məlumata görə, Natiq Məmmədovun klubun bolqar prezidenti Georgi Nikiolovla da münasibətləri gərgindir.

Maraqlı məqam odur ki, Nikolov bu gün mətbuata verdiyi açıqlamada bildirib ki, Tsxadadzenin istefası qəbul olunmayacaq:

“Kaxanı buraxmaq fikrimiz yoxdur. Emosiyalar həmişə qaynayır. Belə vəziyyətdə qərar vermək olmaz. Cahangir Hacıyevlə də Tsxadadze ilə bağlı söhbətim olub. O da öz növbəsində məşqçiyə dəstək vermək üçün söhbət edəcəyini bildirib".

Göründüyü kimi, Nikolov da Hacıyevin Tsxadadze ilə görüşəcəyinə işarə vurub. Güman ki, bu görüşdən sonra “İnter”də dəyişiklik olacaq. Ya, Tsxadadze qalacaq, Natiq Məmmədov gedəcək, ya da...

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR