
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Zalsburq" (Avstriya) oyununa təyinatlar açıqlanıb.
Publika.az xəbər verir ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü ukraynalı Sergey Boyko idarə edəcək.
Boykoya Aleksandr Voytyuk və Oleq Pluznyuk yardım edəcək. 4-cü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.
Oyunun UEFA nümayəndəsi Oğuz Sarvan (Türkiyə), hakim-inspektoru isə Kuanış Kanapyanovdu (Qazaxıstan).