FİFA-nın saytı Rusiyanın boykot edilməsindən yazdı
Bizi izləyin

İdman

FİFA-nın saytı Rusiyanın boykot edilməsindən yazdı

FİFA-nın saytı Rusiyanın boykot edilməsindən yazdı

FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatını boykot etməyin tərəfdarı deyil.

Publika.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı yazıb. Bir müddət əvvəl Rusiyada keçirilən dünya çempionatını boykot etmək üçün çağırışlar səslənmişdi. FİFA hesab edir ki, idman yarışlarını boykot etmək siyasi məsələlərin həllində effekt vermir:

“Tarix göstərir ki, belə məsələlərin həllində boykot o qədər də effektli olmur. Əksinə, ölkədə bütün dünyanın diqqət mərkəzində olan yarışın keçirilməsi konstruktiv dialoq üçün böyük katalizator rolunu oynayar.

Dünya çempionatı bütün ölkələri birləşdirən turnirdir. Ancaq futbol bütün problemlərin həlli də deyil. Xüsusən də dünya siyasətində.

Biz gördük ki, dünya çempionatı mərhəmətin gücünə çevrilə bilər. FİFA hesab edir ki, 2018-ci ildə Rusiyada da belə olacaq”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm