“Çelsi”nin futbolçusu Türkiyədə öldü
Bizi izləyin

İdman

“Çelsi”nin futbolçusu Türkiyədə öldü

“Çelsi”nin futbolçusu Türkiyədə öldü

"Çelsi"nin sabiq futbolçusu Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb.

Publika.az xəbər verir ki, 23 yaşlı futbolçu Cordan Tabor Antalyada otelin 3-cü mərtəbəsindən yıxılıb. İngiltərə mətbuatında yayılan məlumata görə, Tabor tətil üçün Antalyaya gedib.

Taborun səhər saat 6-da otel işçiləri tərəfindən cəsədi aşkarlanıb. Gənc oyunçunun eyvandan düşdüyü zənn edilir.

"Çelsi" klubu hadisə ilə bağlı başsağlığı verib:

"Klubumuzdakı hər kəs bu ölüm xəbəriylə böyük bir şok keçirib. Hər birimiz dərin bir kədər hissi yaşayırıq. Bütün ürəyimiz sabiq futbolçumuzun ailəsi və yaxınlarıyla birlikdədir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm