İdmançılarımız “Qızıl Qran Pri”ini “soyub-taladı”
Bizi izləyin

İdman

İdmançılarımız “Qızıl Qran Pri”ini “soyub-taladı”

İdmançılarımız “Qızıl Qran Pri”ini “soyub-taladı”

"Sərhədçi" Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi start götürüb.

Publika.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə bütün çəkilərdə qaliblər müəyyənləşib.

Güləşçilərimiz 3 qızıl, 3 gümüş və 7 bürünc medalla yarış gününü başa vurub. Qızıl medalları yığmamıza Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Xetaq Qazyumov (97 kq) qazandırıb.

Əhmədnəbi Qvarzatilov (57 kq), Məhəmməd Müslümov (65 kq) və Emin Əzizov (70 kq) yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib.

Bürünc medalları isə yığmamıza Yaşar Əliyev, Mahmud Məhəmmədov (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (65 kq), Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hər ikisi 70 kq), Aleksandr Qostiyev (86 kq) və Aslan Dzebişov (125 kq) qazandırıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm