Ərdoğan peşəkarlarla futbol oynadı
Bizi izləyin

İdman

Ərdoğan peşəkarlarla futbol oynadı

Türkiyə prezidentliyinə namizəd və Baş nazir Rəcəb Tayyıb Ərdoğan İstanbul Başak stadionunun açılış törənində yaşıl meydanda futbol oynayıb.

Axar.az xəbər verir ki, Ərdoğan stadionun Fateh Terimin adını daşıdığını bildirib. Daha sonra oğlu Bilal Ərdoğan, Acun İlıcalı, Fatih Terim, Yıldırım Demirörən, Tanju Çolak, Tolqahan Sayışman, Ridvan Dilmən, Kadir Topbaş, Yılmaz Ərdoğan, Əziz Babuşçu və Fəttah Canın da qatıldığı bir komandada yaşıl meydana çıxıb. Ərdoğan oyunda 3 qol da vurub.

Xatırladaq ki, gənc yaşlarında Türkiyə Baş naziri peşəkar futbolçu olub. Hətta Ərdoğanın bir vaxtlar "Fənərbaxça" klubuna transfer məsələsi gündəmə gəlmişdi, ancaq Baş nazirin atasının buna qarşı çıxması səbəbindən bu transfer reallaşmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm