İdman
"Neftçi" Avroliqada yenə də Milan "İnter"i ilə qarşılaşa bilər
Avropa Liqasının pley-off mərhələsinin püşkü avqustun 8-də keçiriləcək. Publika.az xəbər verir ki, buna baxmayaraq, artıq Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi olan "Neftçi"nin üçüncü təsnifat mərhələsindəki rəqibi - Gürcüstan "Çixura"sını keçəcəyi halda qarşılaşmalı olduğu bəzi potensial rəqiblərinin adları məlumdu.
Pley-off mərhələsində Avroliqanın qruplarına düşmək üçün 31 vəsiqə
uğrunda 62 komanda mübarizə aparacaq. Bu 62 klubdan 29-u üçüncü
təsnifat mərhələsindən qalib ayrılanlar olacaq. 15 iştirakçı UEFA
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində məğlubiyyətlə
üzləşən komandalar olacaq. Yerdə qalan 28 komanda isə Avroliqaya
birbaşa pley-off mərhələsindən başlayanlardı.
Bu 62 iştirakçı pley-off mərhələsinin püşkatması ərəfəsində UEFA reytinqinə əsasən səbətlərə bölünəcəklər. "Neftçi"nin hazırda 6,775 reytinq xalı olduğunu nəzərə alsaq, komandamızın daha zəiflərin yer aldığı səpələnməmişlər səbətində olacağı şübhə doğurmur. Bir sözlə, komandamız özündən daha güclü rəqiblərlə qarşılaşmalı olacaq.
Səpələnmişlər arasında isə kifayət qədər nəhəng klublar var: İnter (İtaliya), Tottenhem (İngiltərə), Vilyarreal (İspaniya), Tvente (Hollandiya), Metallist (Ukrayna), PAOK (Yunanıstan), Trabzonspor (Türkiyə), Borussiya (Münhenqladbax, Almaniya), Lokomotiv (Moskva, Rusiya), Rapid (Vyana, Avstriya), Sürix (İsveçrə).
Portuqaliyanın "Nasional", Fransanın "Sent-Etyenn", Rusiyanın "Rostov", Hollandiyanın "Zvolle", Belçikanın "Lokeren", Kiprin "Apollon" (Limassol) klubları da səpələnmişlər səbətində yer ala bilərlər. Amma onların hansı səbətdə yer alacağı tam olaraq pley-off mərhələsinin bütün iştirakçıları məlum olduqdan sonra dəqiqləşəcək.
Mübarizəyə birbaşa pley-off mərhələsindən başlamalı olan klublar
arasında səpələnməmişlər səbətində yer alan yeganə klub isə
Danimarkanın "Midtyilland" komandasıdı.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ"
Çempionlar Liqasında Avstriya "Zalsburq"una məğlub olsa, mübarizəni
Avroliqanın pley-off mərhələsində davam etdirəcək. Püşkatma zamanı
"Qarabağ" da "Neftçi"nin yer aldığı səpələnməmişlər səbətində yer
alacaq.
Qeyd edək ki, "Neftçi"nin "Çixura" ilə ilk oyunun iyulun 31-də, cavab görüşü isə avqustun 7-də keçiriləcək. Pley-offun oyunları isə 21 və 28 avqust tarixlərində baş tutacaq.
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb