İdman
Növbəti şou –İstefaya gedən vitse-prezident iş başındadır – ÖZƏL
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun istefaya getdiyi
barədə məlumat vermişdik.
Buna qədər Tahir Süleymanov “ağ-qaralar”dan bir neçə dəfə istefaya
getdiyini bəyan etsə də, “Neftçi”nin prezidenti Sadıq Sadıqov onun
istefasını qəbul etməmişdi. Bu da “Neftçi”dəki istefa oyununun
mətbuatda şou kimi xarakterizə olunmasına rəvac verirdi.
Süleymanov sonuncu istefa bəyanatından sonra Publika.az-a verdiyi
açıqlamada bir daha komandaya qayıtmayacağını bildirmişdi.
Ancaq qayıdıb. “Neftçi”nin adının çəkilməsini istəməyən
futbolçusunun Publika.az-a verdiyi məlumata görə, Süleymanov
komandadakı vəzifəsini icra edir. O, hər gün bazaya gəlir, hətta
komandanın məşqlərini də izləyir.
Qeyd edək ki, “Neftçi” Sloveniyadan qayıdarkən Süleymanov
aeroportda komandanı qarşılamışdı.
Bütün bunlar onu göstərir ki, Süleymanovun növbəti istefası da
hansısa maraqlara hesablanmış şou olub. Sadəcə, bu maraqların
fonunda Azərbaycanın ən köklü klubu qeyri-ciddi komanda imici
qazanır.
Publika.az
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın