UEFA “Neftçi”ni rumınlara tapşırdı
Bizi izləyin

İdman

UEFA “Neftçi”ni rumınlara tapşırdı

UEFA “Neftçi”ni rumınlara tapşırdı

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Gürcüstan "Çixura"sı arasındakı ilk oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Publika.az xəbər verir ki, qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edəcəklər. Baş hakim Kristian Balay olacaq. Ona bu işdə həmyerliləri kömək edəcək.

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun Bakıda "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək. Cavab görüşü isə bir həftə sonra Gürcüstanda baş tutacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm