“Barselona” və “Atletiko” “Real”ın ardınca…
Bizi izləyin

İdman

“Barselona” və “Atletiko” “Real”ın ardınca…

“Barselona” və “Atletiko” “Real”ın ardınca…

Futbol üzrə İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Publika.az xəbər verir ki, 2-ci oyun günündə daha 2 görüş baş tutub.

Səfərdə "Atletik"lə qarşılaşan "Atletiko" ev oyununda olduğu kimi, bu dəfə də qələbə qazanıb və mərhələ adlayıb. "Barselona" isə səfərdə darmadağın etdiyi "Levante"ni doğma meydanda da eyni aqibətə məruz qoyub.

Nəticədə, La Liqanın liderləri də "Real"ın ardınca yarımfianala yüksəliblər.

Daha bir oyun bu gün keçiriləcək.

İspaniya Kral Kuboku

1/4 final (cavab oyunları)

28 yanvar

Real - Espanyol - 1:0 (ilk oyun - 1:0)

29 yanvar

Atletik - Atletiko - 1:2 (ilk oyun - 0:1)

Barselona - Levante - 5:1 (ilk oyun 4:1)

30 yanvar

00:00. Santander - Real Sosyedad (3:1)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm