Çexiyada Lafata - şou
Bizi izləyin

İdman

Çexiyada Lafata - şou

Çexiyada Lafata - şou

Çempionlar Lİqasının III təsnifat mərhələsi 3 görüşlə start götürüb.

Publika.az xəbər verir ki, bu qarşılaşmalarda meydana çıxan iki MDB məkanının təmsilçisi səfərdə minimal hesabla məğlub olub.

Həm "Şerif", həm də BATE "play-off"a yüksəlmək üçün şanslarını saxlayıb. Xüsusilə Moldova çempionunun III təsnifat mərhələsini uğurla başa vurmaq imkanları yüksək dəyərləndirilir.

Çexiyada baş tutan qarşılaşmada isə yenə də Lafata şou göstərib. II təsnifat mərhələsində 5 qola imza atan forvard, bu dəfə het-triklə yadda qalıb.

"Sparta" (Çexiya) - "Malmö" (İsveç) - 4:2

Qollar: Lafata, 22; 51; 70. Kovaç, 52 - Forsberq, 17. Kyese, 27.

"Slovan" (Slovakiya) - "Şerif" (Moldova) - 2:1

Qollar: Zofkak, 42 (p). Meszaros, 85 - Rikardinyo, 74.

"Debretsen" (Macarıstan) - BATE (Belarus) - 1:0

Qol: Sidibe, 56 (p).

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm