Bu zolaq hamını təəccübləndirdi, məmurları isə...
Bizi izləyin

İdman

Bu zolaq hamını təəccübləndirdi, məmurları isə...

Bu zolaq hamını təəccübləndirdi, məmurları isə...

Çində tikilən yeni stadionun qaçış zolağı hər kəsi təəccübləndirib.

Publika.az xəbər verir ki, qaçış zolağı dairəvi yox, düzbucaqlı formada inşa edilib. Ancaq çinlilərin bu addımı yeni texnologiyanın tətbiqi sayəsində baş tutmayıb.

Məsələ bundadır ki, stadionun açılışına Çin kommunist partiyasının rəhbərlərinin gələcəyini bilən Heylunçzyan şəhərinin məmurlarının dairəvi qaçış zolağını inşa etmək üçün vaxtı qalmayıb. Onlar tikintini sürətlə yekunlaşdırmaq üçün qaçış zolağını düzbucaqlı formasında quraşdırıblar.

Partiyanın yüksək rütbəli rəhbərləri stadiona baxış keçirib və hər şeydən razı qalıb. Onları qaçış zolağının forması qətiyyən təəccübləndirməyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm