“Axşamkı “qırğında” səhvlər bağışlanmayacaq”
Bizi izləyin

İdman

“Axşamkı “qırğında” səhvlər bağışlanmayacaq”

“Axşamkı “qırğında” səhvlər bağışlanmayacaq”

Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ" Avstriyanın "Zalsburq" komandası ilə qarşılaşacaq.

Təcrübəli mütəxəssis Ağasəlim Mircavadov "Qarabağ" - "Zalsburq" görüşü haqda fikirlərini bildirib. Publika.az-a danışan mütəxəssis “Qarabağ”ın sürətli futbol oynamasının lazım olduğunu bildirdi:

“Qarabağ” heyətini saxlayıb. Səhv etmirəmsə, istədikləri oyunçunu da transfer edib. Düzdür, komanda yaxşı oyun göstərir. Buna baxmayaraq, “Qarabağ” oyun sürətini artırmalıdır.

"Zalsburq"un səhvlərindən istifadə etməliyik. Səhv etməməliyik. Axşamkı görüşdə səhvlər bağışlanmayacaq. "Qarabağ"ın heyətində yaxşı futbolçular var. Reynaldo və digərləri matçın taleyini həll etməyə çalışmalıdır.

Standart vəziyyətlərdən maksimum yararlanmaq lazımdır. Hər bir hücumu dəyərləndirmək vacibdir. Futbolda məğlubedilməz komanda yoxdur. Sadəcə, rəqibə qarşı layiqli oynamaq lazımdır. Bu yolla nəticə qazanmaq olar”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm