Süleymanovun proqnozu: “Çox qol olmayacaq”
Bizi izləyin

İdman

Süleymanovun proqnozu: “Çox qol olmayacaq”

Süleymanovun proqnozu: “Çox qol olmayacaq”

Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ" Avstriyanın "Zalsburq" komandası ilə qarşılaşacaq.

Təcrübəli mütəxəssis Nazim Süleymanov "Qarabağ" - "Zalsburq" görüşü haqda fikirlərini bildirib. Publika.az-a danışan mütəxəssis təmsilçimizdən bu oyunda qələbə gözlədiyini deyib:

““Qarabağ”ın rəqibi güclü komandadır. Amma buna baxmayaraq inanırıq ki, Ağdam klubu qələbə qazanacaq. Düzdür, səfərdə bizim üçün çətin olacaq. Amma ilk oyunda üstünlük bizdə olacaq.

Mənə elə gəlir ki, bu matça çox qol olmayacaq. Amma futbolda hər şey ola bilər. Ehtiyyatlı futbol oynayıb, qələbə əldə etməliyik. “Qarabağ” üçün bu oyunda qapısından qol buraxmamaq da vacibdir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm