“Fənərbaxça” Azərbaycanı Avropada təmsil edəcək
Bizi izləyin

İdman

“Fənərbaxça” Azərbaycanı Avropada təmsil edəcək

“Fənərbaxça” Azərbaycanı Avropada təmsil edəcək

Çimərlik futbolu üzrə superliqa yarışı keçirilib.

Publika.az-ın FHN-nin İdman Sağlamlıq Klubunun mətbuat xidmətindən aldığı məlumata görə, 9 müxtəlif komandanın qatıldığı oyunda ilk dördlük müəyyən olunub.

Həmin komandalar finala vəsiqə qazanıb. Finalda 4 komanda bir-biri ilə bir dəfə görüşüb. Yekunda ən çox xal yığan “Fənərbaxça” komandası Azərbaycan super liqasının qalibi adına layiq görülüb.

“Fənərbaxça” Azərbaycanı avroliqa oyununda təmsil etmək hüququ qazanıb. İkinci yerə isə “Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq” Klubu layiq görülüb. 3-cü yerin sahibi “TT Standart Bank” olub.

Oyunlar AFFA, ACFF və SFF-nin birbaşa təşkilatçılığı ilə keçirilib. Qaliblərə kubok, medal, fəxri fərmanlar təqdim edilib. İlk 3-lüyə isə 3000, 2000 və 1000 manat dəyərində pul mükafatı verilib.

Medalçılar respubıika kubokunun final məhrələsinə birbaşa vəsiqə qazanıb. Turnirin nominasiyalar üzrə qalibləri da müəyyən olunub.

FHN-ninin komadasından bu idmançılar nominasiyalar üzrə qalib olub:

Vaqif Şirinbəyov – turnirin ən güclü qapıçısı

Allahquliyev Sabir - ən güclü hücumçu

Orxan Məmmədov - ən güclü yarımmüdafiəçi

Əli Hüseynov - ən güclü oyunçu

FHN-nin İdman Sağlamlıq Klubunun rəisi Füzuli Musayev komanda üzvləri ilə görüşərək onları təbrik edib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm