Onun qatilini nişan ver, 100 min mükafat al
Bizi izləyin

İdman

Onun qatilini nişan ver, 100 min mükafat al

Onun qatilini nişan ver, 100 min mükafat al

Ukraynanın Kremençuq şəhərinin meri, “Vorskla” klubunun prezidenti Oleq Babayevin evinin qarşısında qətlə yetirildiyi barədə məlumat vermişdik.

Əslən azərbaycanlı olan Babayevi qətlə yetirən şəxs hələ də tapılmayıb. Publika.az xəbər verir ki, dostları Babayevin qatilini tapmaq üçün mükafat vəd ediblər.

Qatili nişan verən şəxs 100 min qriven mükafat alacaq. Bu barədə deputat Yuri Şapovalov məlumat verib. Artıq məbləğin toplanması üçün fond da yaradılıb.

Qeyd edək ki, Oleq Babayev iyulun 26-da evinin qarşısında güllələnmişdi. 3 güllə yarası alan mer yerindəcə keçinmişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm