
İngiltərə Premyer Liqasının son turunda “Çelsi”nin öz meydanında “Vest Hem”ə qalıb gələ bilməməsi Joze Mourinyonu özündən çıxarıb.
“Çelsi”nin baş məşqçisi 0:0 başa çatan oyundan sonra qonaq komandanı ittiham edib: “Vest Hem” bütün qüvvəsi ilə heç-heçəni qorumağa çalışırdı. Bu, ötən əsrin futbolu idi. Nəticə bizi qane etmir.
“Vest Hem” ürəklə müdafiə olundu, buna görə onlara hörmət etmək lazımdı. Ancaq düşünürəm ki, belə oyun Premyer-Liqa üçün yaxşı reklam deyil”.