Şanlı əfsanə Qətərdə
Bizi izləyin

İdman

Şanlı əfsanə Qətərdə

Şanlı əfsanə Qətərdə

Türkiyə millisinin və “Fənərbaxça”nın keçmiş futbolçusu Tuncay Şanlı özünə yeni klub tapıb.

Publika.az xəbər verir ki, Şanlı Qətərin “Umm Salal” klubu ilə müqavilə bağlayıb. Bu klubu türkiyəli mütəxəssis Bülənt Uyğun çalışdırır.

Tuncay ötən mövsümün sonunda “Bursaspor”dan ayrılandan sonra klubsuz idi.

Qeyd edək ki, Tuncay 5 illik “Fənərbaxça” karyerasının ardından İngiltərənin “Midlsbro”, “Stok Siti”, “Bolton”, Almaniyanın “Volfsburq” klublarında oynayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm