“Qalatasaray”da Droqba dərdi
Bizi izləyin

İdman

“Qalatasaray”da Droqba dərdi

“Qalatasaray”da Droqba dərdi

“Qalatasaray” “Elazığspor”la oyunda ciddi itki ilə üzləşib. “Sarı-qırmızılılar”ın ulduzu Didye Droqba bir müddətə sıradan çıxıb.

Publika.Az xəbər verir ki, fil dişi sahililli futbolçu Türkiyə kubokunda “Elazığspor”la matçın birinci hissəsinin sonlarında zədələnib.

35 yaşlı hücumçu soyunub-geyinmə otağına yollananda meydana çıxa bilməyəcəyini deyib və Felipe Melo ilə əvəzlənib.

Droqbanın vəziyyəti tibbi müayinədən sonra bəlli olacaq.

Mançini bildirib ki, ulduz oyunçunun öncə də problem yaşadığı nayihədən zədə alıb. Məşqçi ümid edib ki, Droqba 2-3 gün ərzində sıraya dönəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm