Təkzib gəldi-Şumaxer komadan çıxarılmır
Bizi izləyin

İdman

Təkzib gəldi-Şumaxer komadan çıxarılmır

Təkzib gəldi-Şumaxer komadan çıxarılmır

“Mixael Şumaxerin komadan çıxarılması prosesinə başlanılması ilə bağlı xəbərlər spekulyasiyadan başaqa bir şey deyil”.

Publika.az xəbər verir ki, bu sözləri əfsanəvi idmançının mətbuat katibi Sabin Kem deyib.

Sabin bildirib ki, həkimlərin və onun vermədiyi informasiyaların heç bir əsası yoxdu: “Mən bir daha qeyd edirəm, həkimlərin və mənim vermədiyim bütün informasiyalar spekulyasiyadı.

Biz hər belə məlumata şərh verə bilmərik”.

Qeyd edək ki, dünən Fransa mətbuatı Şumaxerin komadan çıxarılması prosesinə başlanıldığı barədə məlumat yaymışdı.

Onu da xatırladaq ki, dağda xizək sürərkən yıxılan və başından zədə alan Şumaxer, artıq bir aydı süni koma vəziyyətində saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm