“Qızıl Qran Pri”ni “talayanlar” Xaçmazda toplaşdı
Bizi izləyin

İdman

“Qızıl Qran Pri”ni “talayanlar” Xaçmazda toplaşdı

“Qızıl Qran Pri”ni “talayanlar” Xaçmazda toplaşdı

Yunan-Roma güləşi üzrə yeniyetmələrdən və böyüklərdən ibarət yığma komanda Xaçmazda təlim-məşq toplanışı keçirir.

Publika.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsini 4 qızıl, 3 gümüş və 3 bürünc medalla tamamlayan yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri sentyabr ayında Daşkənddə keçiriləcək dünya çempionatına hazırlaşır.

Baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi məşqçilər korpusu heyətə 22 güləşçi daxil edib. Avqustun 6-dək davam edəcək təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, Macarıstan güləşçiləri də iştirak edir.

25-27 avqust 2014-cü il tarixdə Çin Xalq Respublikasının Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlaşan yunan-Roma güləşçilərimiz isə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında hazırlıq keçirlər.

Məlumat üçün bildirək ki, yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışda ölkəmizi Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm