Mircavadov Böyükağa Hacıyevə məsləhət verdi
Bizi izləyin

İdman

Mircavadov Böyükağa Hacıyevə məsləhət verdi

Mircavadov Böyükağa Hacıyevə məsləhət verdi

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Azərbaycanın qitənin ikinci dərəcəli klub turnirindəki çıxışını davam etdirən yeganə təmsilçisi "Neftçi" də növbəti sınağına çıxacaq. Avroliqaya Azərbaycan Kubokunun qalibi kimi qatılan "Neftçi"nin rəqibi Gürcüstan "Çixura"sıdır.

Təcrübəli mütəxəssis Ağasəlim Mircavadovun bu görüşlə bağlı fikirlərini öyrəndik. Publika.az-a danışan mütəxəssis “Neftçi”yə məsləhətlərini verdi:

““Neftçi”nin rəqibi Tbilisi “Dinamo”su tipli komandadır. “Çixura” “Bursaspor” kimi bir klubu mübarizədən kənarlaşdıra bilibsə, demək komandanın qabında nəsə var. “Neftçi”nin bu oyundan üzüağ çıxacağına ümid edirəm.

Belə bir adət var, evdə oynayırsasa gərək hücumun, səfərdə oynayırsansa gərək müdafiən güclü olsun. Ancaq “Neftçi” komanda şəkilində müdafiədə də, hücumda da güclü olmalıdır. Qol vəziyyətlərindən maksimum yararlanmaq lazımdır”.

Qeyd edək ki, “Neftçi” – “Çixura” oyunu bu gün saat 20:00-da başlayacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm