Onları Zaqreb sınağı gözləyir – VİDEO
Bizi izləyin

İdman

Onları Zaqreb sınağı gözləyir – VİDEO

Onları Zaqreb sınağı gözləyir – VİDEO

Avqustun 5-10-u aralığı Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.

Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək. Publik.az xəbər verir ki, AGF-nin baş katibi Əjdər Cəfərovun iştirakı ilə çempionatda iştirak edəcək komandaların heyəti açıqlanıb.

Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev, Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Əli Həsənov (120 kq) təmsil edəcək.

Gənc qızların yarışında böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Şəfəq Muradzadə (48 kq), Almaz İsmayılova (51 kq), Solmaz Həşimzadə (55 kq), Elmira Qəmbərova (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edəcək. Qızlarımız avqustun 7-8-də mübarizə aparacaq.

Çempionatın son iki günündə mübarizəyə qoşulacaq sərbəst güləşçilərimizə böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Umudov rəhbərlik edəcək. Heyətdə Arif Hüseynov (50 kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq), Murad Süleymanov (66 kq), Məhəmmədhacı Muxutov (74 kq), Nurməhəmməd Hacıyev (84 kq), Səid Həmidov (96 kq) və Oyan Nəzəriani (120 kq) yer alıb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm