UEFA-nın baş xəbəri - “Qarabağ” kimdir?”
Bizi izləyin

İdman

UEFA-nın baş xəbəri - “Qarabağ” kimdir?”

UEFA-nın baş xəbəri - “Qarabağ” kimdir?”

Çempionlar Liqasının üçüncü mərhələsinin ilk oyununda Avstriyanın “Zalsburq” klubunu 2:1 hesabı ilə məğlub edən “Qarabağ” UEFA-nın da diqqətində olub.

Publika.az xəbər verir ki, UEFA-nın rəsmi saytı “Qarabağ” klubu ilə bağlı yazını baş məqaləsi kimi təqdim edib.

UEFA -nın hazırladığı “Qarabağ” kimdir?” adlı yazıda Ağdam klubunun tarixi haqda məlumat verilib, “qaçqın komanda” kimi faəliyyət göstərdiyi bildirilib. Eyni zamanda, “Qarabağ”ın Avropa Liqasında üç dəfə pley-off mərhələsinə qədər gəldiyi qeyd edilib.

Yazıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uğurlu faəliyyəti də qabardılıb.

Həmçinin “Qarabağ”ın braziliyalı legionerlərinin oyununa toxunulub. UEFA “Qarabağ”ın “Barselona” kimi oynadığına da diqqət çəkib, Azərbaycanda bu komandaya “Qafqazın “Barselona”sı deyildiyini vurğulayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm