Məhkəmə Maradonanı bağışladı
Bizi izləyin

İdman

Məhkəmə Maradonanı bağışladı

Məhkəmə Maradonanı bağışladı

Neapol məhkəməsi Dieqo Maradonaya bəraət verib.

Publika.az xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi vergidən yayınmaqda ittiham olunurdu.

Maradona 1984-1991-ci illərdə “Neapol”da oynayarkən 39 milyon dollar vergidən yayınmada təqsirli bilinirdi. Uzun çəkişmədən sonra məhkəmə bu işi bağlayıb və Maradonaya bəraət verib.

Dieqonun vəkili Ancelo Pizani məlumatı təsdiqləyib:

“Deyəsən, artıq hər kəsə hər şey aydındır. Bu məsələ yekunlaşdı. İnanılmazdı, ancaq sənədlərin gücü ilə vergi orqanlarının başladığı bu absurd olaya nöqtə qoyuldu”.

Maradona 2001-ci ildən bu məsələ ilə bağlı ittiham olunurdu. Həmin vaxt Dieqonun oteldəki otağından 2 saatını və brilliant sırğasını müsadirə etmişdilər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm