• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Baksel Arenada qalmaqal- Erməni azarkeşlər saxlanıldı

  • İdman
  • 1 Avqust 2014 10:22
  • 3 681 Baxış
Baksel Arenada qalmaqal- Erməni azarkeşlər saxlanıldı

Neftçi" - "Çixura" matçında azarkeşlər arasında yaşanan qalmaqalın bəzi təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, matçı tribunadan izləyən "Çixura" azarkeşləri özlərini əsl həyasız kimi aparıblar.

Belə ki, gürcülər "Bakcel Arena"da yer aldıqları tribunadan Azərbaycan şəhərləri Zaqatala və Qaxın Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. İki klubun azarkeşləri arasında dava-dalaşın yaranmasında bu məqamın da rolu olub.

Məsələ ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Belə ki, baş verən hadisə polisləri daha ciddi addımlar atmağa məcbur edib. Gürcülərin Azərbaycan ərazisinə göz dikməsi kifayət qədər şübhəli məqamlar ortaya çıxardıb ki, Azərbaycan polisi də matçdan sonra gürcü fanatları saxlayaraq, onlar üzərində yoxlama aparıb. Bu zaman məlum olub ki, Gürcüstandan gələn azarkeşlərdən 3-ü erməni əsilli olub. Onlar Gürcüstan pasportu ilə ölkəmizə daxil olublar. Hazırda həmin azarkeşlərin dindirilməsi gedir.

Qalmaqala səbəb olan xəritə məsələsi ilə bağlı daha bir məlumat əldə etmişik. Deyilənə görə, açılan plakat qarşılaşmanı izləyən AFFA prezidenti Rövnəq Abdullayevlə PFL prezidenti, əslən gürcüstanlı olan Ramin Musayevin də hiddətinə səbəb olub. Buna görə də onlar qarşılaşmadan dərhal sonra "Çixura"nın prezidenti Nodar Meqreleşvilini "Bakcel Arena"nın alt qatına çağıraraq ona öz kəskin etirazlarını bildiriblər və eyni zamanda izahat tələb ediblər. Gürcüstan klubunun prezidentinin baş verənlərə görə, üzr istəyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR