• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Avropada sensasiyalı gecə

  • İdman
  • 1 Avqust 2014 10:15
  • 783 Baxış
Avropada sensasiyalı gecə

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Publika.az xəbər verir ki, qitə arenalarında 29 qarşılaşma baş tutub.

Azərbaycan kubokunun qalibi "Neftçi" Gürcüstanın “Çixura” klubunu qəbul edib. "Bakcell Arena"dakı matç 0:0 hesabı ilə başa çatıb. Türkiyənin də bir təmsilçisi meydana çıxıb. Belə ki, “Karabükspor” doğma meydanda Norveç “Rusenborq”unu sınağa çəkib və 0:0 hesablı heç-heçəyə razılaşıb.

Qeyd edək ki, FIFA referimiz Əliyar Ağayev "Şaxtyor” (Qazaxıstan) - “Hayduk” (Xorvatiya) matçını idarə edib. Qazaxıstan təmsilçisi matçı 4:2 hesablı qələbə ilə başa vurub. Asim Xudiyev isə “Diosqyori” (Macarıstan) - “Krasnodar” (Rusiya) matçının şakim-inspektoru olub. Oyun rusların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol gecəsində sensasiyalı nəticələr də qeydə alınıb. Belarus “Şaxtyoru” səfərdə Belçikanın “Sulte Varegem” klubunu 5:2 hesabı ilə darmadağın edib.

Avstriya “Qrödiq”i öz meydanında Moldova “zimbru”suna məğlub olub – 1:2.

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyunlar

31 iyul

Şaxtyor (Qazaxıstan) - Hayduk (Xorvatiya) 4:2

Qollar: Mihret Topkaqiç, 11. Andrey Finonçenko, 21. Aldin Dzidiç, 71. Toktar Canqılişbay, 90+4 - Sandro Qotal, 19. Miyo Çaktaş, 78-pen.

Astana (Qazaxıstan) - AİK (İsveç) 1:1

Qollar: Tanat Nusserbayev, 42 - Nabil Bahui, 9.

Neftçi (Azərbaycan) - Çixura (Gürcüstan) 0:0

Omoniya (Cənubi Kipr) - Metallurq (Makedoniya) 3:0

Qollar: Kristovo, 9; 56. Mixael Pote, 14.

Astra (Rumıniya) - Slovan (Çexiya) 3:0

Qollar: Kehinde Fatay, 4; 74; 81.

Rux (Polşa) - Esbyerq (Danimarka) 0:0

Dinamo (Moskva, Rusiya) - Hapoel (Kiryat-Şmona, İsrail) 1:1

Qollar: Kevin Kuranyi, 71 - Rocers Kola, 63.

Elfsborq (İsveç) - Hafnarfyordur (İslandiya) 4:1

Qollar: Sebastian Holmen, 55-pen. Per Frik, 70. Markus Rohden, 81. Simon Hedlund, 89-pen - Stiven Lennon, 62.

Karabükspor (Türkiyə) - Rusenborq (Norveç) 0:0

Mlada Boleslav (Çexiya) - Olimpik (Lion, Fransa) 1:4

Qollar: Antonín Rosa, 66 - Məhəmməd Yattara, 9; 47. Maksime Qonalons, 36. Samuel Umtiti, 67.

Trençin (Slovakiya) - Hall Siti (İngiltərə) 0:0

Brommapoykarna (İsveç) - Torino (İtaliya) 0:3

Qollar: Marselo Larrondo, 45-pen; 53. Paulo Barreto, 58.

PSV (Hollandiya) - Sankt-Polten (Avstriya) 1:0

Qol: Luuk de Yonq, 56.

Dinamo (Belarus) - ÇFR (Rumıniya) 1:0

Qol: Nenad Adamoviç, 54.

Göteborq (İsveç) - Rio Ave (Portuqaliya) 0:1

Qol: Ahmed Hassan, 22.

Zarya (Ukrayna) - Molde (Norveç) 1:1

Qollar: Nikita Kamenyuka, 62 - Sander Svendsen, 88.

Yanq Boyz (İsveçrə) - Ermis (Cənubi Kipr) 1:0

Qol: Rafael Nuzzolo, 58.

Split (Xorvatiya) - Çernomorets (Ukrayna) 2:0

Qollar: Marko Roq, 25. Henri Belle, 48.

Sulte-Varegem (Belçika) - Şaxtyor (Belarus) 2:5

Qollar: Qlinor Plet, 40. İbrahima Konte, 75 - İlya Qalyuza, 4. Sergey Matveyçik, 12. Artem Starqorodski, 45+4. Nikolay Yanuş, 78. Aleksander Quruli, 90+1.

Petrolul (Rumıniya) - Viktoriya (Çexiya) 1:1

Qollar: Adrian Mutu, 76 - Daniel Kolar, 90+1.

Vikinqur (Farer adaları) - Rieka (Xorvatiya) 1:5

Qollar: Hallur Hansson, 35 - Marko Leşkoviç, 14. Zoran Kvrziç, 45+1; 76. Adis Yahovik, 52. Andrey Kramariç, 81-pen.

Maynts 05 (Almaniya) - Asteras (Yunanıstan) 1:0

Qol: Şinji Okazaki, 45.

Diosqyori (Macarıstan) - Krasnodar (Rusiya) 1:5

Qollar: Patrik Baksa, 45 - Ari, 28. Odil Ahmedov, 40. Maurisio Pereyra, 51. Joaozinyo, 88. Vladimir Bıstrov, 90.

Styarnan (İslandiya) - Lex (Polşa) 1:0

Qol: Rolf Toft, 48.

Sarayevo (Bosniya və Herseqovina) - Atromkiitos (Yunanıstan) 1:2

Qollar: Boyan Puziqaka, 26 - Sokratis Fitanidis, 11. Vangelis Nastos, 75.

Real Sosyedad (İspaniya) - Aberdin (Şotlandiya) 2:0

Qollar: Zurutuza, 53. Serxio Kanales, 68.

Brügge (Belçika) - Bröndbü (Danimarka) 3:0

Qollar: Duarte, 14. Nikolas Kastillo, 30. Viktor Vazquez, 63.

Sent-Conston (Şotlandiya) - Spartak (Slovakiya) 1:2

Qollar: David Makkay, 90+3 - İvan Şranz, 34; 63.

Qrödiq (Avstriya) - Zimbru (Moldova) 1:2

Qollar: Tomi Correa, 89 - Sergey Alekseyev, 35. Simon Handle, 59 (avtoqol).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR