Almaniyanın gəncləri də hegemondur
Bizi izləyin

İdman

Almaniyanın gəncləri də hegemondur

Almaniyanın gəncləri də hegemondur

Macarıstanda keçirilən 19 yaşa qədər futbolçular arasında Avropa çempionatı başa çatıb.

Publika.az xəbər verir ki, Almaniya Avropa çempionu olub. Almanlar finalda Portuqaliyaya 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu oyunun 39-cu dəqiqəsində Hani Muxtar vurub.

Bu çempionluq Almaniya gənclərinin 2-ci belə uğurudur. 2008-ci ildə də Almaniyanın 19 yaşa qədər futbolçuları Avropa çempionu olmuşdu.

Çempionatın bürünc medalını Avstriya və Serbiya qazanıb.

Qeyd edək ki, Almaniyanın əsas yığması Braziliyada keçirilən dünya çempionatında qalib gəlmişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm