Rövnəq Abdullayev braziliyalılarla bağlı göstəriş verdi – ÖZƏL
Bizi izləyin

İdman

Rövnəq Abdullayev braziliyalılarla bağlı göstəriş verdi – ÖZƏL

Rövnəq Abdullayev braziliyalılarla bağlı göstəriş verdi – ÖZƏL

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Zalsburq” görüşündə Ağdam klubunun braziliyalı legionerləri parlaq oyun göstərdi.

Xüsusilə də Reynaldo və Almeydanın oyunu diqqət çəkdi. Braziliyalı futbolçuların yüksək səviyyəli oyun göstərməsi onların milliləşdirilməsi məsələsini yenidən gündəm gətirdi.

Qeyd edək ki, bir müddət əvvəl bu futbolçuların milliləşdirilməsi məsələsi futbol ictimaiyyəti arasında müzakirə edilmişdi. Mütəxəssislər də braziliyalıların milliləşdirilməsinin futbolumuza xeyirli olacağını vurğulamışdılar.

Reynaldo mətbuata verdiyi açıqlamada Azərbaycan millisinin şərəfini qorumaqdan qürur duyacağını bildirmişdi.

Publika.az xəbər verir ki, “Zalsburq”la oyundan sonra Reynaldo və Almeydanın milliləşdirilməsini Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts istəyib. Oyunu AFFA prezidenti Rövnəq Abdullayevlə birgə izləyən alman mütəxəssis, qarşılaşmadan sonra Reynaldo və Almeydanın milliləşdirilməsini xahiş edib.

AFFA-dakı mənbənin saytımıza verdiyi məlumata görə, Berti Foqts Rövnəq Abdullayevi əmin edib ki, bu futbolçular onun sərəncamında olacağı təqdirdə, seçmə mərhələdə uğurlu nəticə olacaq. Alman çalışdırıcı “bu futbolçuları sərəncamıma verin, nəticəni də alın” deyib.

Millinin baş məşqçisi AFFA-nın rəsmi saytına verdiyi müsahibədə bu vədini açıq bəyan edib:

“Reynaldo və Riçard Almeyda Azərbaycan millisində şübhəsiz ki, əsas heyətin üzvü olardı. Əgər onlar sərəncamımda olsaydı, tam məsuliyyətimlə artıq bu gün deyərdim ki, Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsində üçüncü yeri tutacaq”.

Məlumatda bildirilir ki, Rövnəq Abdullayev elə Foqtsun yanında AFFA-nın baş katibi Elxan Məmmədova bu məsələnin həll olunması ilə bağlı göstəriş verib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm