• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bu gün Olimpiada başlayır

  • İdman
  • 1 Avqust 2014 12:35
  • 715 Baxış
Bu gün Olimpiada başlayır

Bu gün Norveçin Tromse şəhərində 41-ci Ümumdünya Şahmat Olimpiadası start götürür.

Publika.az xəbər verir ki, Olimpiadada Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandaları da daxil olmaqla ümumilikdə 317 komanda iştirak edəcək.

Kişilərdən ibarət yığmamıza Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədov daxil ediliblər. Məhz bu heyətlə təmsilçimiz ötən il Avropa çempionu titulunu qazanıb.

Qadınlardan ibarət yığmada Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Xəyalə Abdulla və Səbinə İbrahimova yer alıblar.

Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 11 turu əhatə edəcək.

Bu gün yarışın açılış mərasimi və I turun püşkatması keçiriləcək.

Qeyd edək ki, avqustun 12-də Tromsedə Azərbaycan günü keçiriləcək. Mərasimdə Olimpiadanın bayrağı 2016-cı ildə yarışa ev sahibliyi edəcək Bakı şəhərinin rəsmilərinə təqdim olunacaq.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR