Süleymanovun yerinə təyinat nə vaxt gerçəkləşəcək? – Rəsmi açıqlama
Bizi izləyin

İdman

Süleymanovun yerinə təyinat nə vaxt gerçəkləşəcək? – Rəsmi açıqlama

Süleymanovun yerinə təyinat nə vaxt gerçəkləşəcək? – Rəsmi açıqlama

“Neftçi”nin “Koper”lə Bakıda keçirdiyi oyundan sonra klubun vitse-prezidenti Tahir Süleymanov istefa verdi.

Klubu prezidenti Sadıq Sadıqov da onun istefasını qəbul etdi. Üstündən bir müddət keçməsinə baxmayaraq boş qalan posta təyinat hələ gerçəkləşməyib.

“Neftçi”də vitse-prezident postuna təyinatın nə vaxt rəsmiləşəcəyi ilə bağlı məlumat əldə etmək üçün klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Publika.az-a danışan klub rəsmisi bildirdi ki, yaxın günlərdə məsələ həllini tapacaq:

“Güman ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Vitse-prezident postuna təyinat gerçəkləşən zaman klubun rəsmi saytı vasitə ilə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, mətbuatda bu posta Futzal Federasiyasının prezidenti Zaur Axundovun gətiriləcəyi bildirilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm