Qurbanov Foqtsa cavab verdi: “Vaxtım yoxdur”
Bizi izləyin

İdman

Qurbanov Foqtsa cavab verdi: “Vaxtım yoxdur”

Qurbanov Foqtsa cavab verdi: “Vaxtım yoxdur”

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts özündən sonra millimizi kimin çalışdıracağı ilə bağlı məsələyə münasibətini açıqlamışdı.

Foqts özündən sonra millinin baş məşqçi postuna Qurban Qurbanovun layiq olduğunu bildirmişdi. (http://publika.az/p/33937 )

Foqtsun bu fikirinə münasibət bildirməsi üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla əlaqə saxladıq.Publika.-az danışan Qurbanov Foqtsa “çox sağ ol”unu çatdırdı:

“Düzünü desəm, Foqtsun dedikləri barədə məlumatım yoxdur. Heç bir yerdən oxumamışam. Çox sağ olsun ki, belə bir fikir bildirib.

Amma hazırda mənim o barədə düşünməyə vaxtım yoxdur. Bilirsiniz ki, qarşıda bizi çətin oyun gözləyir. Onu düşünürük. Amma yenə də deyirəm, belə bir fikir bildiribsə, çox sağ olsun”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm