Gözlərini itirmiş əsgər: “Şəhidin yeri cənnətdir, bizim yerimiz səngər”
Bizi izləyin

İdman

Gözlərini itirmiş əsgər: “Şəhidin yeri cənnətdir, bizim yerimiz səngər”

Gözlərini itirmiş əsgər: “Şəhidin yeri cənnətdir, bizim yerimiz səngər”

İkiqat Paralimpiya çempionu İlham Zəkiyev cəbhədə 11 əsgərimizin şəhid olmasına biganə qalmayıb.

Publika.az xəbər verir ki, Zəkiyev “facebook” səhifəsində bununla bağlı status paylaşıb:

“Millətimizin, Vətənimizin bası sağ olsun! Şəhidin yeri cənnətdir. bizim isə yerimiz səngər”.

Qeyd edək ki, Zəkiyev hərbi xidmətdə olarkən gözlərini itirib. O 1998-ci il iyul ayının 1-də həqiqi hərbi xidmətə çağırılıb. Zəkiyev 1999-cu il fevral ayının 4-də Fizuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gəlib.

Güllə onun sol gicgahından daxil olub sağ gicgahından çıxıb. 5 gün sonra anasının səsinə komadan oyanan Zəkiyev bundan sonra görmə qabiliyyətini tamamilə itirib. (http://publika.az/p/9020 )

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm