“Hafka”nın komandası dağıldı – Vitse-prezidentdən ikibaşlı açıqlama
Bizi izləyin

İdman

“Hafka”nın komandası dağıldı – Vitse-prezidentdən ikibaşlı açıqlama

“Hafka”nın komandası dağıldı – Vitse-prezidentdən ikibaşlı açıqlama

Uzun müddətdir maliyyə sıxıntısı yaşayan “Bakı” klubunun dağılması barədə məlumat yayılıb.

Publika.az xəbər verir ki, iş adamı Hafiz Məmmədovun biznesinin iflasa uğramasından sonra “Bakı”nı məşqçilər korpusu və aparıcı futbolçular tərk etmişdi. Ancaq buna baxmayaraq komandanın avqustun 9-da start götürəcək Azərbaycan Premyer liqasında iştirak edəcəyi bildirilirdi.

Rekord.az saytının yaydığı məlumata görə, bu gün “Bakı” klubu tam buraxılıb. Bu isə o deməkdir ki, komanda növbəti mövsümdən Premyer Liqada çıxış etməyəcək. Artıq futbolçulara da bu haqa məlumat verildiyi bildirilir.

Məsələ ilə bağlı “Bakı”nın vitse-prezidenti Yaşar Seyidovla əlaqə saxladıq. Vitse-prezident “Bakı”nın dağılması ilə bağlı yayılan məlumata ikibaşlı münasibət bildirdi:

“Hazırda komanda məşqdədir. Mən də onlarla birlikdəyəm. Komandamız dağılmayıb. Bəzi problemlər var ki, onları həll etməyə çalışırıq.

Premiyer Liqada çıxış edib-etməyəcəyimizə gəlincə, onu deyə bilərəm ki, problemlərimiz həll olunmasa, verilən qərarla razılaşacağıq. Hazırda çalışırıq ki, hər şey yoluna qoyulsun”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm