Adolf Hütter: “Uduzmağımız yerinə düşdü”
Bizi izləyin

İdman

Adolf Hütter: “Uduzmağımız yerinə düşdü”

Adolf Hütter: “Uduzmağımız yerinə düşdü”

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Avstriyanın "Zalsburq" klubunun baş məşqçisi Adolf Hütter ölkəsində mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti "dünyanın sonu" hesab etmədiyini bildirib.

Hüttler Avstriya çempionatındakı uğurlu startdan sonra ağdamlılardan aldıqları məğlubiyyəti belə şərh edib:

"Çempionatdakı uğurlu startdan sonra göylərdə uçmurduq. İndi isə uduzduğumuza görə pərişan deyilik. Səfərdə olduqca vacib qol vurmuşuq. Komandamızda daxili ab-hava o qədər gözəldi ki, bir oyuna görə ruhdan düşməyimiz qeyri-mümkündü".

Mütəxəssis Avstriya mətbuatını da qınayıb:

"Bu məğlubiyyəti fiasko adlandıran mətbuat orqanları ilə razı deyiləm. Hesab edirəm ki, "Qarabağ"a uduzmağımız lap yerinə düşdü. Bu yenilgi bizi daha diqqətli və əzmkar olmağa sövq edəcək.

Əlbəttə, nəticədən razı deyiləm. Çünki meydanda baş verənləri əks etdirmir. İlk yarıya pis başladıq və bunun acı nəticəsini daddıq. Lakin fasilədən sonra meydanda ağalıq edirdik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm