İdman
“Vüqar Həşimov Kuboku”nu kim qazandı? – FOTOREPORTAJ
Ömrünün 28-ci ilində dünyasını dəyişən görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq turnir başa çatıb.
Publika.az xəbər verir ki, iyulun 24-də - Vüqar Həşimovun ad günündə start götürən turnirdə 12 yaşadək şahmatçılar mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə 9 oyundan 7,5 xal toplayan Bakı şahmatçısı Kənan Qarayev qalib gəlib.
“Vüqar Həşimov Kuboku” ilə təltif olunan K.Qarayev, eyni zamanda, Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak hüququ qazanıb. Gümüş medalın qalibi eyni xal toplayan Rəvan Əliyev olub. O, “Baku Open - 2014” beynəlxalq turnirinə vəsiqə qazanıb.
Bürünc mükafata layiq görülən Məhəmməd Muradlı isə “Naxçıvan Open - 2015” beynəlxalq şahmat festivalında iştirak hüququ əldə edib. Turnirdə müxtəlif nominasiyalar üzrə qaliblər də təltif edilib. Hər yaş qrupunun qalibləri olan oğlanlar və qızlar qiymətli hədiyyələr, medallar və diplomlarla təltif olunublar.
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...