Ulduz futbolçu Bakıdadı-Rəsmi açıqlama
Bizi izləyin

İdman

Ulduz futbolçu Bakıdadı-Rəsmi açıqlama

Ulduz futbolçu Bakıdadı-Rəsmi açıqlama

“Qəbələ”nin rəsmi danışıqlara başladığı “Portu”nun futbolçusu Marat İzmaylov Bakıya gəlib. Publika.az xəbər verir ki, bu haqda klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.

O deyib ki, Rusiya millisinin futbolçusu ilə danışıqlar bir həftə əvvvəl başlayıb və hazırda davam edir: “Marat artıq Bakıdadır. İndi onun müqaviləsi ilə bağlı bəzi xırda məsələlər üzərində iş gedir”.

Azərbaycan Premyer Liqasında transfer pəncərəsinin yanvarın 31-də bağlanacağını xatırladan Nəcəfov, ən uzağı qarşıdakı iki gün ərzində bu transferin yekunlaşacağını söyləyib.

“Marat özü “Qəbələ”də oynamağa razıdır” – deyən Nəcəfov “Portu”nun irəli sürdüyü şərtlər haqda açıqlama verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm