Neymarın atası rüşvət aldığını etiraf etdi
Bizi izləyin

İdman

Neymarın atası rüşvət aldığını etiraf etdi

Neymarın atası rüşvət aldığını etiraf etdi

“Barselona”da böyük qalmaqala səbəb olan Neymar transferiylə bağlı etiraflar gəlməkdə davam edir.

Publika.az xəbər verir ki, bu dəfə hadisələrin mərkəzində dayanan şəxslərdən biri – Neymarın atası mətbuata açıqlama verib.

Futbolçunun atası Silva Santos oğlunun keçidinə qədər “Barsa”dan 10 milyon avro aldığını bildirib. Bu məbləğ onun sahibi olduğu N&N şirkətinin hesabına köçürülüb: “Həqiqətən də mən 2011-ci ildə “Barselona”dan 10 milyon avro almışam.

Bu ilkin müqavilə üçün deyildi. Sadəcə olaraq Neymarın “Barselona”nı seçməsi üçün idi. Biz başqa klublardan da təkliflər almışdıq.

Bütün bunlara baxmayaraq, mən nə İspaniya, nə də Braziliyanın vergi orqanlarına borclu deyiləm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm