Ronaldo alt paltarlarına görə məhkəməlik oldu
Bizi izləyin

İdman

Ronaldo alt paltarlarına görə məhkəməlik oldu

ABŞ-da yaşayan fitnes məşqçisi Kristofer Renzi ulduz futbolçu Ronaldonu məhkəməyə verib. Ronaldo ABŞ-da məhkəmə qarşısına çıxacaq.

Publika.az xəbər verir ki, bu barədə Amerka mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Renzi dünyaşöhrətli Ronaldonun sahibi olduğu “CR7” markasının ad hüququnun özündə olduğunu iddia edir. O bildirib ki, 2009-cu ildə ABŞ-ın ərazisində geyimin satışları üçün bu markanı qeydiyyatdan keçirib. Markadakı 7 rəqəmi onun doğum gününü (7 oktyabr – red.) əks etdirir.

Renzi deyib: "Ronaldo dünya səviyyəsində ulduz ola bilər. Mənim xəyalımda belə görə bilməyəcəyim pulları qazanır, onun "Facebook" səhifəsini milyardlarla insan bəyənir. İstehsal etdirdiyi alt paltarlarını milyonlara satır. Amma bu adı ilk dəfə mən istifadə etmişəm. Ronaldonu məhkəməyə vermişəm. Əminəm ki, ədalətli qərar qəbul olunacaq".

Patent şirkətindən məktub aldığını deyən Renzi həqiqəti sübut edəcəyini düşünür. Ronaldo da öz növbəsində “CR7” markasını Renzidən daha əvvəl istifadə etdiyini sübut etməyə çalışacaq. Əks halda, Ronaldo ya xeyli miqdarda ödəniş edərək müəlliflik hüququnu satın alacaq, ya da özünə yeni bir marka yaradacaq.

Qeyd edək ki, “CR7” Ronaldonun alt paltarları geyimlərinin marka adıdır.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm