Ələkbər Məmmədov Banişevski ilə "yoldaşlıq" edəcək
Bizi izləyin

İdman

Ələkbər Məmmədov Banişevski ilə "yoldaşlıq" edəcək

Futbol veteranı Ələkbər Məmmədov bu gün son mənzilə yola salınacaq. Publika.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Mərhumla vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçiriləcək.

Azərbaycanın veteran futbolçusu və AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov II Fəxri Xiyabanda dəfn olunacaq.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov bildirib ki, Ə.Məmmədovun cənazəsi veteran futbolçu Anatoli Banişevskinin məzarının yaxınlığında torpağa tapşırılacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm