İstefa verən vitse-prezident acıq verdi: “Gürcüstana da gedəcəm”
Bizi izləyin

İdman

İstefa verən vitse-prezident acıq verdi: “Gürcüstana da gedəcəm”

Tahir Süleymanovun “Neftçi”nin vitse-prezidenti postundan istefaya getdiyi barədə məlumat vermişdik.

Süleymanovun bir neçə dəfə istefa verdiyini, ancaq sonradan yenidən “Neftçi”yə qayıtdığını nəzərə alıb, həmin vaxt onun mövqeyini də öyrənmişdik. Tahir Süleymanov Publika.az-a verdiyi açıqlamada bir daha “Neftçi”yə qayıtmayacağını bildirmişdi. Klubun rəsmi saytında yerləşdirilən məlumatda isə “Neftçi”nin prezidenti Sadıq Sadıqovun Süleymanovun istefasını qəbul etdiyi bildirilirdi.

Publika.az-ın əldə etdiyi məlumata görə, Tahir Süleymanov hazırda “Neftçi”dəki vəzifəsini icra edir. O, yenə də vitse-prezidentin səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir, tapşırıqlarını verir. İstefası rəsmi şəkildə qəbul olunmuş Süleymanovun hansı statusla “Neftçi”nin bazasına buraxılması və göstərişlər verməsi maraq doğurur.

Saytımızda dərc olunan “Onların “oyunu” - “Neftçi”ni gözdən salan şou” başlıqılı yazıda bu məsələyə toxunmuşduq. Ələkbər Məmmədovun dəfnində iştirak etdiyini bildirən Süleymanov, məsələ barədə danışa bilməyəcəyini söyləmişdi. (http://publika.az/p/34418 )

Sonradan redaksiyayamızla əlaqə saxlayan sabiq vitse-prezident “Neftçi”nin bazasında fəaliyyətini davam etdirməsini belə şərh etdi:

“Birincisi, mən “Neftçi” klubunda 5 il çalışmışam. Bu klub mənə doğmadır. Bütün Azərbaycan “Neftçi”yə azarkeşlik edir. Həmçinin mən futbol adamıyam, kənardan gəlmə deyiləm. Bəli, bu gün də bazaya gəlirəm - gedirəm. Bu barədə heç kim heç nə deyə bilməz. Biz klub prezidenti ilə də dostuq. Hər hansı bir narazılığımız ola da bilməz.

Bundan əlavə, mən bir futbol adamı kimi də “Neftçi”nin istərsə təşkilati baxımından, istərsə başqa yardıma ehtiyacı varsa, öz köməyimi əsirgəmirəm. Mənim bazaya gedib-gəlməyimə kim əngəl ola bilər ki?”

Tahir Süleymanov bildirdi ki, “Neftçi” ilə Gürcüstana da gedəcək:

“Bəli, mən bir vətənpərvər kimi Gürcüstana da gedəcəm, həmin stadionda olacam. Tək “Neftçi” yox, xalqımız adına orada olacam”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm