İdmançımız Yeni Zelandiyada fərqləndi
Bizi izləyin

İdman

İdmançımız Yeni Zelandiyada fərqləndi

İdmançımız Yeni Zelandiyada fərqləndi

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun almaniyalı üzvü Daniel Klemme Yeni Zelandiyada keçirilən "Cycle Classic" turunun 2-ci mərhələsində 2-ci nəticə göstərib.

Publika.az-ın Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən verdiyi məlumata görə, idmançımız 143 km-lik mərhələnin qalibi, avstraliyanın “Drapac Professional Cycling” komandasının hollandiyalı üzvü Vippert Viterdən cüzi fərqlə geri qalıb və finişi 2-ci keçib.

Xatırladaq ki, velosipedçimiz ilk mərhələdə 95 iştirakçı arasında 12-ci olmuşdu. 2 mərhələnin yekununa əsasən, Daniel Klemme liderdən cəmi 15 saniyə geri qalır və 12-ci mövqedədir.Sabah keçiriləcək 3-cü mərhələdə işritakçılar 154.5 km məsafə qət edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm