Rəqibini dişləyən ulduzun apelyasiya şikayətinə baxılıb
Bizi izləyin

İdman

Rəqibini dişləyən ulduzun apelyasiya şikayətinə baxılıb

FİFA Uruqvay Futbol Federasiyasının milli komandanın futbolçusu Luis Suareslə bağlı apelyasiya şikayətinə baxıb.

Publika.az-ın məlumatına görə, ali futbol qurumu hücumçuya kəsilmiş cəzanı qüvvədə saxlamağı qərara alıb.

Bu isə o deməkdir ki, Suares yığmanın 8 matçında iştirak etməyəcək.

Qeyd edək ki, Luis Suares DÇ-2014-də İtaliya ilə oyun zamanı rəqib futbolçu Corco Kyellinini dişlədiyi üçün uzun müddətə diskvalifikasiyaya məruz qalıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm