İdman
Aslan Kərimovu Foqts əvəz edə bilər
Futbol üzrə Azərbaycan yığmasının köməkçi məşqçisi Aslan Kərimovu Zalsburqa buraxmayıblar. O, Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Zalsburq"arasındakı cavab matçını izləmək üçün Avstriyaya getməliydi.
Publika.az xəbər verir ki, Aslan Kərimov Ağdam klubu ilə birgə Bakı Hava Limanına yollanıb. Kərimovun buradan Avstriyaya getməsinə icazə verməyiblər. Buna onun Şengen vizasının müddətinin bitməsi səbəb olub.
Məlumata görə, pasportunu gec əldə edən məşqçi vizanın açılmadığını sonradan anlayıb.
İddialara görə, onun viza işi ilə məşğul olan şəxs U-15 millisində olan meneceridir. Həmin menecer də səhhətində yaranan ciddi problemə görə Almaniyada əməliyyat olunub. Məhz bu səbəbdən A.Kərimov vizasız qalıb.
Hələ Aslan Kərimovu kimin əvəz edəcəyi dəqiq bilinmir. İddialara görə, Avstriyaya Foqtsun özü də gedə bilər.
Aygün İlqarqızı
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO