210 milyon dollarlıq 7-ci stadion
Bizi izləyin

İdman

210 milyon dollarlıq 7-ci stadion

210 milyon dollarlıq 7-ci stadion

Braziliya prezidenti Dilma Ruzev və FIFA-nın baş katibi Cerom Valke Natal şəhərindəki "Arena das Dunas" stadionunun açılışında iştirak ediblər

 

Publika.Az xəbər verir ki, DÇ-2014 zamanı bu arenada qrup mərhələsinin 4 oyunu keçiriləcək.  

 

42 min 86 nəfərlik  tutuma malik "Arena das Dunas" stadionu xüsusi olaraq mundial üçün istifadəyə verilən 7-ci stadiondur. Stadionun inşası 210 milyon dollara başa gəlib. Bu da ilkin mərhələdə nəzərdə tutulandan 15 faiz çoxdur.

 

Ümumilikdə, Braziliyada 12 stadionun tikintisi və yenidənqurulması üçün artıq 4 milyard dollar xərclənib.

 

 Bu da birinci sərmayə planının ikiqat artması anlamını verir.

 

Aygün İlqarqızı

 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm